Azərbaycan çempionatının 16-cı turunda “Zirə” doğma arenada “Sabah”ı qəbul edib.
Meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar. Hər iki qolu Hamidu Keyta vurub. Xallarının sayını 28-ə çatdıran “Zirə” turnir cədvəlində “Neftçi”ni 3 xal qabaqlayaraq, 3-cü pilləyə yüksəlib. Komanda “Qəbələ”dən 1, lider “Qarabağ”dan 8 xal geri qalır. Qeyd edək ki, Ağdam klubu rəqiblərindən 1 oyun az keçirib. bu turun “Qarabağ” – “Sumqayıt” görüşü mayın 12-ə təxirə salınıb. Mövsümdə 8-ci dəfə uduzan Sabah 20 xalla 5-ci yerdədir. Sonrakı pillələrdə 14 xalla “Keşlə” və 13 xala malik “Sumqayıt” qərarlaşıb. “Səbail” isə 11 xalla autsayderdir.